İş adamının hərbi xidmətdə olan oğlu Bakıda “avtoşluq” etdi - VİDEO
Bakıda hərbi xidmətdə olan iş adamının oğlu “avtoşluq” edib görüntülərini sosial şəbəkələrdə paylaşıb.
Adalet.az "avtosfer.az"a istinadən xəbər verir ki, araşdırmalar zamanı əməlləri törədən şəxsin Məlikov Əziz Soltanpaşa oğlu olduğu müəyyən edilib. Məlum olub ki, həmin şəxs hərbi xidmətdə ola-ola bu əməlləri törədib. Daha sonra avtoxuliqanlıq əməlini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Əziz Məlikovun tanınmış iş adamının oğlu olduğu bildirilir.
Dövlət Yol Polisinin araşdırmaları zamanı məlum olub ki, aprelin 26-da gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. Ə.Məlikov hərbi xidmətdə olduğu üçün iş Bakı Hərbi Məhkəməsin göndərilib.
Digər Xəbərlər
28 Yanvar 2026 18:05
Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
27 Yanvar 2026 16:30
General Aydəmirovun tanınmış həkim qardaşı vəfat etdi - FOTO - YENİLƏNİB
27 Yanvar 2026 14:16
Azərbaycanda hakim vəfat etdi
27 Yanvar 2026 08:36
Səfirliyimizə terror hücumundan ÜÇ İL ÖTÜR
26 Yanvar 2026 18:54
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - VİDEO
26 Yanvar 2026 17:52
Maşın təmiri sexindəki yanğın söndürüldü - YENİLƏNİB
26 Yanvar 2026 17:48
Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı - VİDEO
26 Yanvar 2026 17:08


Bakı -°C

