İşğaldan azad edilmiş ərazilər üçün elektrikli avtobuslar alınacaq
"BakuBus" MMC işğaldan azad edilmiş ərazilər üçün 16,676 milyon manatlıq elektrik mühərrikli avtobuslar alır.
Adalet.az xəbər verir ki, bununla bağlı şirkət birbaşa satınalma həyata keçirib.
Satınalmanın şərtlərinə əsasən, avtobuslar İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi Sumqayıt Sənaye Parkının rezidenti - Çinin BYD markalı avtrobuslarının yığımı ilə məşğul olan "Azerbaijan Energy Automotive Factory" MMC-dən alınacaq.
"Azerbaijan Energy Automotive Factory"yə rezident statusu bu ilin martında Çinin BYD şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılmasına dair imzalanmış müqavilə çərçivəsində verilib. Şirkət qabaqcıl texnologiyadan istifadə etməklə, 12 metr uzunluğunda "K9UD" model avtobuslar istehsal edir. Müəssisənin illik istehsal gücü 500 ədəd avtobus təşkil edir.
İstehsal ediləcək elektrik mühərrikli avtobuslar ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə ixracı nəzərdə tutulur.
Digər Xəbərlər
24 Yanvar 2026 14:01
Bazar gününə olan hava proqnozu
23 Yanvar 2026 17:15
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verildi
23 Yanvar 2026 11:49
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
23 Yanvar 2026 11:16
Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
23 Yanvar 2026 11:08
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
22 Yanvar 2026 11:54
Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Yanvar 2026 11:26
“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”
22 Yanvar 2026 10:48


Bakı -°C

