İspaniya baş nazirin xanımını Türkiyəyə buraxmadılar
İspaniya hökuməti Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesin NATO Zirvəsi üçün Ankaraya getməsinə icazə verilməməsinə sərt reaksiya verib.
Adalet.az bildirir ki, Beqonya Qomes hazırda dörd ayrı cinayət işi üzrə araşdırılır və bu səbəbdən pasportu müvəqqəti olaraq məhkəmə tərəfindən alınıb.
Məhkəmə onun Londona - qızının məzuniyyət mərasiminə getməsinə icazə versə də, Ankara səfərini rədd edib. Qərara əsas səbəb kimi Türkiyənin Avropa İttifaqının hüquqi əməkdaşlıq məkanına daxil olmaması göstərilib. Hakim hesab edib ki, bu, məhkəmə nəzarəti və mümkün hüquqi əməkdaşlıq baxımından risk yaradır.
İspaniya hökuməti isə bu qərarı anlaşılmaz adlandırıb və Beqonya Qomesin NATO Zirvəsinə rəsmi protokol çərçivəsində dəvət edildiyini bildirib
Digər Xəbərlər
08 Iyul 2026 13:08
İranda partlayış səsləri - ABŞ-nin daha bir bazası vuruldu
08 Iyul 2026 12:46
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu
08 Iyul 2026 10:28
NATO Zirvəsində xaos - Məhkəmə yolu ilə görüşə qatıldı
08 Iyul 2026 10:27


Bakı -°C

