adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
05 Dekabr 2022 11:53
242
GÜNDƏM

İspaniyalı deputat Cermukda Azərbaycanın əleyhinə danışdı: PİSLƏYİRİK


Xəbər verdiyimiz kimi, Niderlandın Ermənistandakı səfiri Niko Şermers Cermuka səfər etdi. Ömrünü uydurma və yalanlarla yaşayan erməni rəsmiləri və səfiri müşayət etən icma rəhbərinin müavini Vardan Sarkisyan dünyaya püskürdükləri uydurmaları Niko Şermersə də püskürdülər. Vardanyan nifrətlə dolu yalanları belə ”üyüdüb- tökdü“ :

“Azərbaycan Silahlı Qüvvələrinin bu ilin sentyabrında keçirdiyi əməliyyatlar nəticəsində kurort şəhərciyi xeyli zərər çəkib. Sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədində eskalasiyanın yeni raundu başlayıb. Həmin gün Azərbaycan Silahlı Qüvvələri Sünik, Vayots Dzor və Geqarkunikdəki erməni mövqelərinə genişmiqyaslı hücuma keçib. Nəinki hərbi obyektlər, hətta bilavasitə suveren Ermənistan ərazisində yaşayış məntəqələri və mülki infrastruktur da intensiv atəşə məruz qalıb.

Müxtəlif istiqamətlərdə - Sotk, Vardenis, Artanış, Qoris, Kapan, Cermuk, İşxanasarda müxtəlif intensivlikdə döyüşlər gedirdi. Sentyabrın 14-ü axşam saatlarında atəşkəslə bağlı razılıq əldə olunub”.

Adalet. az 1 lurer.am-a istinadən xəbər verir ki, Ermənistana ikigünlüyə gəlmiş ispaniyalı deputat Con İnaritu Cermuka səfər etdi. O səfəri zamanı erməni rəsmilərinin uydurmalarından sonra bəyan edib ki, Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzünü pisləyirlər: “Biz İspaniya parlamentində erməni problemlərinin qaldırılması ilə bağlı proseslərdə iştirak edirik. İspaniya Deputatlar Konqresi yekdilliklə Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə təcavüzünü pisləyən və əvvəlki mövqelərə qayıtmağa çağıran bəyanat qəbul edib”.


İspaniyalı deputat qeyd edib ki, ölkəsinə qayıtdıqdan sonra Azərbaycanın müxtəlif çaplı silahlardan istifadə etməsi nəticəsində kurort şəhərciyinə dəymiş ziyanı və öz gözləri ilə gördüyü hər şeyi həmkarlarına təqdim edəcək.


P.S. Maraqlıdır, görəsən, Azərbaycanın Qarabağ bölgəsi ermənilər tərəfindən işğal olunanda Avropa ölkələri hardaydılar? 28 il erməni vandalizmindən əziyyət çəkən, daşı-daş üstə qalmayan doğma torpaqlarımıza niyə bir dəfə səfər etməyib, erməni vandalizmini pisləməyiblər? 2 gündən bir Cermuka gələn avropalı deputatlar erməniləri 1-cə dəfə olsa qınayıbmı? erməni yalanlarına aludə olmazdı.
Tarixə nəzər sala:1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu. Görəsən ermənilərin üstündə yarpaq kimi əsən “evropeyski” səlahiyyətli qonaqlar 27 il BMT –nin stolunun üstündə hərəkətsiz qalan 822 (1993) , 853 (1993), 874 (1993), 884 (1993) 28 il niyə susdular?


Əntiqə Rəşid