İsrail ordusunun müharibə itkilərinin ümumi sayı 798 nəfərə çatıb

İsrailin Müdafiə Ordusunun iki əsgəri Qəzza zolağının şimalında gedən döyüşlərdə həlak olub.
Adalet.az-ın xəbərinə görə, bu barədə Ordunun saytında məlumat verilib.
Sayı 798-ə yüksələn itkilər siyahısında 21 yaşlı baş çavuş Noam Eytan və 22 yaşlı kapitan Yoqev Fazi də var.
Bundan əvvəl İsrailin yeni müdafiə naziri İsrael Katz deyib ki, ordu döyüşçüləri Fələstinin HƏMAS hərəkatını və Livanın “Hizbullah” hərəkatını məğlub edə biliblər. Onun sözlərinə görə, HƏMAS təşkilati məğlub olub və Qəzza zolağında hələ də səpələnmiş terrorçu dəstələri var.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də Qəzza sektorundan radikal HƏMAS qrupunun silahlılarının İsrail ərazisinə keçməsi, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin qətlə yetirilməsi və 240-dan çox insanın girov götürülməsi ilə kəskin şəkildə pisləşib.
Digər Xəbərlər
24 Oktyabr 2025 09:43 İmamoğlu bu dəfə casusluğa görə dindiriləcək
24 Oktyabr 2025 09:20 Trampın Rusiyaya qarşı sanksiyaları Ağ Evi təəccübləndirib
24 Oktyabr 2025 09:06 “Süni intellekt insanları işsiz qoyacaq” - Mask
24 Oktyabr 2025 08:39 TRIPP layihəsi yeni bir ticarət yolu yaradacaq - Amerikalı senator
23 Oktyabr 2025 17:42 Trampdan xəbərdarlıq: ABŞ İsrailə bunu etməyə icazə verməyəcək
23 Oktyabr 2025 16:58 Pezeşkian: Urmiyanı görün biz nə günə qoymuşuq
23 Oktyabr 2025 16:35 Mirzoyan Fransa XİN rəhbəri ilə Vaşinqton razılaşmasını müzakirə etdi
23 Oktyabr 2025 15:41 

Bakı -°C 






