İsrail prezidenti Azərbaycana niyə gəlmədi? - Əsl səbəb məlum oldu
İsrail prezidenti İsaak Hersoqun Azərbaycana səfərinin ləğvinin əsl səbəbləri ortaya çıxıb.
Adalet.az xəbər verir ki, bu barədə Caliber.az Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbədən öyrənib. Məlum olub ki, Hersoqun Azərbaycana gəlişinin ləğvinin səbəbi heç də bəzi xarici medianın qeyd etdiyi kimi, təhlükəsizlik məsələsi deyil.
Qeyd olunub ki, dəfələrlə böyük regional və dünya tədbirlərinə (Eurovision, Avropa Oyunları, Qoşulmama Hərəkatının sammiti və s.) ev sahibliyi edən Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Mübaliğəsiz demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan prezident Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmilərinin, o cümlədən ölkənin ali rəhbərliyinin Azərbaycana gəlməsi də təsdiqləyir. Baş nazir Netanyahu da 2016-cı ildə Azərbaycana bir günlük səfərə gəlmişdi.
Bundan başqa, Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin və yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərlərinin ölkəyə gəlməsi kontekstində də misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.
Hersoqun Azərbaycana gəlməməsinin səbəbi tamam başqa müstəvidədir. Əldə olunan məlumata əsasən, Türkiyə İsrail prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyub. Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar heç bir nəticə verməyib. Azərbaycan COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edir və orada bütün tərəflərin iştirakına şərait yaradır, lakin İsrail prezidentinin səfəri ətrafında vəziyyət ölkəmizdən asılı olmayan səbəblərdən yaranıb.
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

