İtkin düşmüş hərbçinin qalıqları Yevlax Şəhidlər xiyabanında dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Tərlan Məmmədovun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Adalet.az xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Şəhid hərbçi Tərlan Məmmədovun nəşinin qalıqları Yevlax şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Hərbi orkestr Dövlət himnini səsləndirib, yaylım atəşi açılıb.
Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax rayon Aran qəsəbəsində doğulub. O, Füzuli rayonunun Aşağı Abulrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunub.
Digər Xəbərlər
29 Oktyabr 2026 20:33
MDU-nun dosenti vəfat etdi
29 Oktyabr 2026 18:42
Ceyranbatanda 8 şagird qidadan zəhərlənməyib - RƏSMİ - YENİLƏNİB
29 Oktyabr 2026 12:47
BDU-nun professoru Adilə Abbasova vəfat edib
29 Oktyabr 2026 11:07
Şəmkirdə usta evdə təmir zamanı öldü
29 Oktyabr 2026 10:23
Bakıda azyaşlı qonşusunun evində pilləkəndən yıxılıb öldü
29 Oktyabr 2026 00:32
Anası tərəfindən təhdid olunan yeniyetmə qız sığınacağa yerləşdirildi - VİDEO
28 Oktyabr 2026 21:52
225 nömrəli məktəbin şagirdləri jurnalistlərə hücum etdilər - VİDEO
28 Oktyabr 2026 21:00


Bakı -°C

