Kamran Əliyev Rusiyanın Baş prokurorunun müavinini qəbul etdi
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Baş prokurorunun müavini Pyotr Qorodovu qəbul edib.
Adalet.az xəbər verir ki, görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb.
Bildirilib ki, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsi və dövlətlərarası dialoqun davamlı xarakteri siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Bu münasibətlər, həmçinin hüquq-mühafizə və prokurorluq orqanları arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Rusiya Federasiyasının Baş prokurorunun müavini Pyotr Qorodov göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, cinayət işləri üzrə göndərilən sorğuların peşəkar və keyfiyyətli şəkildə tərtib olunmasını, həmçinin uzun illər əvvəl Rusiya Federasiyasında törədilmiş cinayətin Azərbaycan Respublikasında açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini yüksək qiymətləndirərək minnətdarlığını çatdırıb. Bununla yanaşı, cari il ərzində keçiriləcək mühüm beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəvət ünvanlayıb.
Baş prokuror cavabında beynəlxalq tədbirlərin və tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin Baş Prokurorluq üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tərəflər ölkələrimizin prokurorluq orqanları arasında mövcud olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlər üzrə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.
Digər Xəbərlər
03 Mart 2026 15:06
"2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik" - Prezident
03 Mart 2026 15:01
Vilayət Eyvazov bu tarixdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək
03 Mart 2026 13:35
İrandan Azərbaycan sərhədi ilə 89 nəfər təxliyə olunub
03 Mart 2026 12:32
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
03 Mart 2026 12:29
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
03 Mart 2026 12:25
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşir
03 Mart 2026 12:24
Cinayət mühakimə icraatının elektron aparılma qaydası dəyişir
03 Mart 2026 12:24


Bakı -°C

