Kamran Əliyev Sumqayıtda qəbul keçirəcək
Dekabrın 6-da Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək.
Bu barədə Adalet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev dekabrın 6-da, saat 10:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı aidiyyəti prokurorluqlar tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
18 Oktyabr 2026 00:01
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
18 Oktyabr 2026 00:00
Azərbaycanın müstəqilliyinin bərpasından 35 il ötür
17 Oktyabr 2026 17:44
Bakıda keçirilən NATO təlimi başa çatıb - VİDEO
17 Oktyabr 2026 17:00
Sabah yollarda görünüş məsafəsi azalacaq
17 Oktyabr 2026 16:11
Azərbaycan və BƏƏ pilotları döyüş tapşırıqlarını yerinə yetirdilər - VİDEO
17 Oktyabr 2026 12:40
Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - SİYAHI
17 Oktyabr 2026 11:31
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
17 Oktyabr 2026 11:25


Bakı -°C

