Kapital Bank yeni Bravo-4 filialını istifadəyə verdi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən filial, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 5 ünvanında olan Bravo marketdə (8-ci mikrorayon) yerləşir. Filial həftənin bütün günləri saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Adalet.az xəbər verir ki, Kapital Bank-ın Bravo-4 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
Digər Xəbərlər
16 Yanvar 2026 12:31
Orta aylıq əməkhaqqı artıb
15 Yanvar 2026 12:45
Azərbaycanda pensiyaların artırılması ilə bağlı rəsmi açıqlama
15 Yanvar 2026 11:36
Kommersiya qurumlarının sayı 7,2 faiz artıb
15 Yanvar 2026 10:51
İDDİA: Son iki gündə İrandan 1,5 milyard dollar çıxarılıb
15 Yanvar 2026 09:55
Azərbaycan nefti ucuzlaşdı
14 Yanvar 2026 12:52
Azərbaycan elektrik enerjisinin istehsalını artırdı
14 Yanvar 2026 11:41
Naxçıvanda dəmir yolu xətti boyunca 10 stansiya yenidən qurulacaq
14 Yanvar 2026 11:30


Bakı -°C

