Katoliklər Papanın sağalması üçün dua edirlər: FOTOLAR
Xəbər vermişdik ki, 266-cı Roma Papası, 88 yaşlı Fransiskin hər iki ağciyərində pnevmoniya aşkarlanıb, infeksiyaya qarşı immuniteti xeyli zəifləyib.
Müqəddəs Taxt-Tacın mətbuat xidməti bununla bağlı bir neçə gün öncə məlumat da yayıb:"Bu xəstəliyin müalicəsi üçün kortizon antibiotik müalicəsi lazımdır. Müqəddəs Atanın vəziyyəti kompleks şəkildə ağırdır. O, virusların, bakteriyaların və ehtimal ki, digər orqanizmlərin bir-birinə qarışdığı polimikrobial tənəffüs yolları infeksiyasından əziyyət çəkir. Kompüter tomoqrafiyası nəticəsində müəyyənləşdi ki, Müqəddəs Atada ikitərəfli pnevmoniya başlayıb".
Adalet.az xəbər verir ki, hazırda bütün dünya katolikləri Roma Papası Fransiskin sağalması üçün dua edirlər .
Müalicənin nəticəsi olaraq, Papa Fransiskin kliniki vəziyyətindəki şiddətə baxmayaraq, cüzi yaxşılaşma var.
Oksigen terapiyası bir az azalmış axın və oksigen səviyyəsində olsa da davam edir.
Klinik mənzərənin mürəkkəbliyini nəzərə alaraq, həkimlər ehtiyatlı proqnozlarını saxlayırlar.
Xatırladaq ki, 88 yaşlı Papa fevralın 14-də bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
P.S. Bu katolikləri də başa düşmürəm də...Buraxın getsin də, yazığı... Ay adamlar, bu kişinin vaxtı çatıb..Allahın işinə qarışmayın,sonrası yaxşı olmaz... məndən deməsi....
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Noyabr 2026 01:07
Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – YENİLƏNİB
14 Noyabr 2026 00:10
Əhalini soyuq havada qazdan qənaətlə istifadəyə çağırdı
14 Noyabr 2026 00:00
Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
13 Noyabr 2026 23:51
ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
13 Noyabr 2026 23:32
Sərxoş kişi polisin silahını götürüb qaçdı
13 Noyabr 2026 23:21
"Yanan planetdə sülh qura bilməzsiniz" - Quterreş belə vidalaşdı
13 Noyabr 2026 23:10
“TikTok”a görə 19 yaşlı oğlan canından oldu - Pələnglə video çəkmək istəyirdilər
13 Noyabr 2026 22:52


Bakı -°C

