Kəlbəcərə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Adalet.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.
Doğma yurda qayıdan Kəlbəcər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Digər Xəbərlər

İşdən qanunsuz çıxarılan 48 nəfər əvvəlki işlərinə bərpa edildi

“YAŞAT” Fondu tələbə adını qazanan şəhid övladlarına mükafat təqdim etdi

İlham Əliyev Xocalının Seyidbəyli kəndində olub - FOTOLAR

DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT

Bakının işğaldan azad edilməsindən 107 İL ÖTÜR

"Azərbaycanı tapa bilərsən burada?" - Prezidentlə səmimi söhbət - VİDEO

"Gənc qızlar, görünür ki, buranı heç vaxt görməyiblər, yenə də qayıdıblar" - Prezident
