Kəmalə Abiyeva Aydın qızı - ÖMRÜMÜN PAYIZIDIR
Ömrümdə aylar,
illər bir-birinə qarışıb.
Qəlbimdə xatirələr,
çöldə yarpaq yağışı…
Yağışın sehrinə bax,
rəngli xalı toxuyur.
Səslənir yarpaq-yarpaq
həzin nəğmə oxuyur.
Mən elə bilirdim ki,
yağışın rəngi olmur.
Demə hər bir yağışın
özünün rəngi olur.
Bu yağış ağacların itən gözəlliyidi.
Hər baharın payızla bitən gözəlliyidir.
Payız, qış qurtaracaq,
yenə bahar gələcək.
Yaşıl geyib ağaclar
yenə üzə güləcək.
Hər payızın öz qışı,
hər qışın baharı var.
Ömrün qışından sonra
amma gəlmir ki, bahar.
Günlər öz axarında
Gətirir yenə qışı.
Ömrümün payızıdır
yağır yarpaq yağışı.
Digər Xəbərlər
05 Dekabr 2025 18:10
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi
05 Dekabr 2025 12:47
Niyə yəhudilərdə milliyət ana xətti ilə müəyyən edilir? - Murad Köhnəqala yazır
04 Dekabr 2025 13:33
Bitməyən komediyaya sözardı və ya “Gülçöhrə və Əsgər” pyesinə yazılan ağı... - Esmira İsmayılova yazır
04 Dekabr 2025 12:39


Bakı -°C

