Kəmaləddin Heydərov Hua Liunu qəbul etdi
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Hua Liunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Adalet.az xəbər verir ki, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru olaraq Bakıda keçirilən COP29-un əhəmiyyətini qeyd edib.
Nazir ölkəmizin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olduğu 2001-ci ildən etibarən ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından danışıb, respublikamızda nüvə və radioloji fəaliyyət sahəsində tənzimləyici funksiyaları yerinə yetirən Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyətindən bəhs edib. Təşkilatla həyata keçirilən birgə layihələrin, o cümlədən treninq və seminarların faydasından danışan nazir müxtəlif səviyyəli görüşlərin, keçirilən müzakirələrin münasibətlərə töhfə verdiyini deyib.
Səmimi görüşə görə təşəkkürünü bildirən AEBA-nın baş direktorunun müavini Hua Liu Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. Qonaq təmsil etdiyi təşkilatla milli əlaqələndirici qurum olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əlaqələrinin yüksələn xətlə inkişafından, ölkəmizdə nüvə və radioloji təhlükəsizlik sahəsində görülən tədbirlərdən məmnunluq ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
18 Oktyabr 2026 11:51
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
18 Oktyabr 2026 09:52
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
17 Oktyabr 2026 22:45
Hikmət Hacıyev həmin tarixdən YAZDI
17 Oktyabr 2026 20:21
"Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bütövdür" - Dövlət Bağçalı
17 Oktyabr 2026 15:40
Prezident Valeh Ələsgərova "Şərəf" ordeni verdi
17 Oktyabr 2026 13:56
“1993-cü ilin oktyabrında başlanan yeni siyasi mərhələ Azərbaycanı nüfuzlu gücə çevirdi”
17 Oktyabr 2026 11:32
ABŞ prezidenti Tramp Moskvanın mövqeyindən çıxış edir - Politoloq
17 Oktyabr 2026 11:08


Bakı -°C

