Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət edib -FOTOLAR

Belarusda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı, mayor Davidoviç Anatoliy Nikolayeviçin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sonra general-polkovnik K.Vəliyev Milli Qəhrəmanın anası Kima Davidoviçin evində olub, onun qayğıları ilə yaxından maraqlanıb. Mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin isə hər iki ölkədə daim ehtiramla yad olunduğu qeyd edilib.
Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Digər Xəbərlər

Sentyabrın pensiya ödənişi yekunlaşdırılıb

Nazir: Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır

“Sea Breeze Health Valley” səhiyyəyə yeni nəfəs verəcək

Simonyan Bakıda bu şəxslərin azad olunması üçün xahiş etdi - SİYAHI

Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli oldu

Prezidentlə xanımının Nyu-York səfərindən VİDEO

Nazirlikdən fövqəladə hallarla bağlı sürücülərə MÜRACİƏT
