Kərim Vəliyev iranlı generalla görüşdü
Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Birliyin Gücü - 2026” birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə İştirak etmək üçün İran Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün Azərbaycan müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan general-polkovnik K.Vəliyev ordularımız arasında əlaqələrin genişlənməsi və təcrübə mübadiləsinin artırılması baxımından qarşılıqlı səfər və görüşlərin əhəmiyyətini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən qonaq ölkəsinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış Azərbaycanla ikitərəfli hərbi əməkdaşlığın inkişafına maraqlı olduğunu bildirib.
Görüşdə həmçinin regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
29 Oktyabr 2026 22:11
Ceyhun Bayramovdan diqqətəlayiq jest - VİDEO
29 Oktyabr 2026 17:10
Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
29 Oktyabr 2026 13:17
"Azərbaycan buna sadiq qalır" - Bayramovdan Ankarada önəmli açıqlama
29 Oktyabr 2026 12:44
"Maraqların toqquşması özlüyündə hər zaman cinayət demək deyil" - Arzu Nağıyev
29 Oktyabr 2026 12:30
Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı
29 Oktyabr 2026 12:00
Vəzifəli şəxs maraqları üçün xidməti vəzifəsindən istifadə etməməlidir - Yeni qanun
29 Oktyabr 2026 11:55
“Yaşasın Türkiyə Cümhuriyyəti, yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!”
29 Oktyabr 2026 11:52


Bakı -°C

