Kəsəmənlilər ailəsində qalmaqal bitmir: “Etdiyin səhvlər, dediyin yalanlar sübut olar”

Xəbər verdiyimiz kimi bir müddət öncə aktyor Rəşat Kəsəmənlinin sosial şəbəkədə yazdığı statusdan sonra onun qardaşı oğlu aktyor Cavidan Kəsəmənli ard-arda facebook hesabında paylaşımları ilə diqqət çəkdi.
Adalet.az-ın məlumatına görə qohumlar arasında qalmaqal bitmək bilmir.. Belə ki, C.Kəsəmənli yenə də atasından ayrı yaşamasında əmisi R.Kəsəmənlini günahlandırır:
“Dostlar, bundan sonra mübahisə zamanı görsəniz ki haqsız tərəfə gəlirsiz, deyin ki “baş qoşmuram bu söhbətlərə”. İnanın buna inanan mağara adamları var hələ də aramızda.
Adama deyərlər baş qoşmurdun əvvəldən qoşmazdın da, paylaşım elə, sözün qalmayanda “cool” olmaq yadına düşdü?
Ya sənin 25 yaşında oğlundan xəbərin yoxdu deyə ya mən atamla pis olmalı idim? Burax bu “məzlum” ədəbiyyatını. İndiyə qədər çox şeyi danışmadıqsa, elə məhz məsələ çölə çıxmasın deyə danışmadıq.. Yoxsa etdiyin səhvlər dediyin yalanlar sübuta çıxar deyə alınmadı?
Bundan sonra bil kimə söz atırsan. Nə mətbuata, nə özümə deyiləcək sözün yoxdu, çünki axırını bilirsən. Açıb ağartmayaq,eybi yox mən pis görünüm. Onsuz kimin vicdanı nə keyfiyyətdədirsə elə başa düşür. Məndən uzaq”.
Qeyd edək ki, Rəşat Kəsəmənli məsələ ilə bağlı artıq heç nə yazmasa da, mətbuata açıqlama verməsə də, qarşı tərəf sosial şəbəkədə öz fikirlərini yazmaqda davam edir.
Əntiqə
Digər Xəbərlər

AYAN: “Boşanmış qadınla müğənniyə eyni gözlə baxırlar”

Asif Kərimov: “Bu işlər üçün qazanılan pulda mənim də zəhmətim olub”

Görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı açıqlama - saçları...

Əməkdar artist Bakı-Ağdam qatarında muğam oxudu - VİDEO

Rusiyaya “buraxılmayan” müğənnilər - Hüquqşünas onların yalanını AÇDI

Faiq Ağayev yeni klipini TƏQDİM ETDİ

Nişanə Baxışovadan gənc həmkarına dəstək: “Mənim günümə saldılar”
