Kılıçdaroğlu yenidən CHP liderliyinə qayıdır?

Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayı keçiriləcək.
Adalet.az-ın məlumatına görə, partiya sədri Özgür Özəl nizamnaməyə əsasən qurultay keçirilməsinə qərar verib.
Buna səbəb sonuncu qurultayla bağlı ittihamlar olub. Belə ki, mətbuatda partiyanın sonuncu qurultayında saxtakarlığa yol verilməsi barədə xəbərlər yayılıb. Özəl partiyaya xüsusi nümayəndə təyin edilməsinin qarşısını almaq üçün qurultaya gedilməsinə qərar verildiyini bildirib.
Aprelin 6-da keçiriləcək qurultayda kimlərin namizəd olacağı hələlik məlum deyil. Özgür Özəlin yenidən namizəd olacağı gözlənilir.
Türkiyə mətbuatında partiyanın sabiq sədri Kemal Kılıçdaroğlunun da namizəd ola biləcəyi istisna edilməyib.
Kılıçdaroğlu tərəfindən hələlik rəsmi açıqlama verilməsə də, yaxın günlərdə dəqiq qərarın açıqlanması gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə keçirilən prezident və parlament seçkilərindən sonra Kemal Kılıçdaroğlu partiya rəhbərliyindən gedib.
Digər Xəbərlər

Ərdoğan Mahmud Abbasla görüşdü

ABŞ təyyarələrə nüvə silahı yerləşdirən yeganə ölkədir - KİV

Paşinyan: Qafqazda kommunikasiyaların açılması Çinlə əməkdaşlığı genişləndirəcək

Suriyadakı ABŞ diplomatları işdən çıxarıldı

Özbəkistan Avrasiya İnkişaf Bankına qoşulur

Paşinyandan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsinə MÜNASİBƏT

Gürcüstanda “SOCAR”ın avtomobilinə silahlı hücum - Bir nəfər saxlanıldı
