"Kitab klubu" devizi altında görüş - FOTOLAR
30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Kürdəmir rayon Gənclər Evinin könüllüləri ilə birlikdə "Kitab klubu" devizi altında görüş və hərbi vətənpərvərlik mövzusunda yazılmış kitabların müzakirəsi təşkil olundu.
Tədbirdə könüllülər filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeninə layiq görülmüş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun qısa, lakin şərəfli həyatına həsr etdiyi "Hay ver mənə, cənab leytenant" kitabını müzakirə etdilər. Tədbirdə şəhid Əbu Bəkr İsmayilovun anası Rəna İsmayılova da iştirak edirdi.
Müzakirə zamanı könüllülər kitabı dərin maraqla təhlil edib, şəhidin həyatından ilhamlandıqlarını bildirdilər, müəllifə və Rəna xanıma öz suallarını ünvanlayaraq kitabın ideya-məzmunu, qəhrəmanın xarakteri və döyüşdə göstərdiyi şücaət, döyüş yoldaşlarının xatirələri, ailəsinə, Vətənə bağlılığı barədə diskusiya apardılar. Çəhid anası Rəna İsmayılova oğlunun kiçik yaşlarından vətənə olan sevgisindən, Azərbaycan bayrağına və digər Dövlət atributlarına dəyər verməsindən, ailəsinə, dostlarına sədaqətindən, dürüstlüyündən, cəsarətindən gənclərə ürəkdolusu danışdı və onların suallarını cavablandırdı.
Gənclər şəhidin həyatının onlara nümunə olduğunu xüsusi vurğuladılar.Kürdəmir rayon “Gənclər evi”nin dərnək rəhbəri Röya İbişova çıxış edərək bildirdi ki, “Kitab klubu” devizi altında keçirilən görüşlər vətənpərvərlik ruhunda müzakirələr, ədəbi söhbətlər gənc nəsldə vətənpərvərlik ruhunun, mütaliyə mədəniyyətinin aşılanmasında, tariximizə və ədəbi irsimizə marağının artırılmasında mühüm rol oynayır. "Kitab klubu" çərçivəsində keçirilən bu tədbir, həm də şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsidir.
Muzeyin müdiri Yaqut Bahadurqızı son dövrdə yazarların hərbi vətənpərvərlik mövzusuna tez-tez müraciət etməsi, torpaqlarımızın müdafiəsi, müstəqilliyimiz, suverenliyimiz uğrunda canını fəda edən şəhidlərimizin şərəfinə yazılan əsərlər haqqında da gənclərə ətraflı məlumat verdi və “Kitab klubu”nun gənclərin ədəbi mühitə inteqrasiyası baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirdi.
Sonda “Kitab klubu”nun üzvlərinə kitablar hədiyyə edildi.
Digər Xəbərlər
05 Sentyabr 2026 10:47
“Ateizm bizə alternativ düşüncə kimi lazımdır...”
03 Sentyabr 2026 15:04
Əbülfət Mədətoğlu: Güvəndiyim vurdu məni
03 Sentyabr 2026 09:00
DƏLİXANALAR DƏLİYƏ HƏSRƏT...
02 Sentyabr 2026 13:33
NƏ YAXŞI Kİ, DOĞULDUN...
02 Sentyabr 2026 12:34
İstanbulun Rami Kitabxanası dünyanın ən yaxşı “yaşıl kitabxanası” seçildi - FOTOLAR
02 Sentyabr 2026 12:24
“Cəmiyyətimizdəki bütün eybəcərliklərin səbəbi iradə ilə yönləndirilən ağıl çatışmazlığıdır”
02 Sentyabr 2026 11:34
YADIMDA DÜŞDÜ... - Asif Talıboğlu yazır
02 Sentyabr 2026 11:32


Bakı -°C

