Kreditini vaxtında verə bilməyənlərin nəzərinə - VİDEO
Gündəlik kreditlər üzrə 90 gündən çox gecikmə maliyyə çətinliyinin müəyyənləşdirilməsində 20 faizlik meyarla qiymətləndirilməyəcək.
Adalet.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərarla “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda edilən dəyişikliklər oktyabrın 10-dan qüvvəyə minib.
Mövcud qanunvericiliyə əsasən, borcalanın maliyyə çətinliyinin müəyyən edilməsi zamanı əsas meyarlardan biri onun kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsidir. Kredit bürolarının məlumatları əsasında borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin 90 gündən çox gecikdirilməsi maliyyə çətinliyinin göstəricilərindən biri hesab olunur.
Lakin yeni qərara əsasən, bu meyar gündəlik kreditlərə şamil edilməyəcək. Başqa sözlə, gündəlik kreditlər üzrə öhdəliklərin 90 gündən çox gecikdirilməsi borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin gecikdirilməsi ilə bağlı qeyd olunan konkret meyar əsasında qiymətləndirilməyəcək.
İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, bu mexanizm borcalanın maliyyə çətinliyi yarandıqda öhdəliyin icrasını asanlaşdıracaq.
Yəni bu o deməkdir ki, “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla kreditin əsas məbləği üzrə qalıq məbləğinin 20%-nin ödənilməsi şərti ilə yalnız bir dəfə və maksimum 45 gün müddətinə restrukturizasiya olunur. Bu zaman gecikdirilmə faizləri və ya dəbbə pulu tətbiq edilmir.
Beləliklə, dəyişikliklər borc çətinliyi yaşayan şəxslər üçün müəyyən mexanizmlər yaratsa da, vətəndaşların konkret hansı güzəştdən yararlana bilməsi kreditin növündən, müqavilə şərtlərindən və qüvvədə olan qaydaların tələblərindən asılı olacaq.
Digər Xəbərlər
12 Oktyabr 2026 09:14
“Brent” ucuzlaşdı
10 Oktyabr 2026 13:59
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
09 Oktyabr 2026 17:11
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
09 Oktyabr 2026 11:32
Azərbaycanda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
09 Oktyabr 2026 11:08
Azərbaycan iqtisadiyyatı böyüyüb
09 Oktyabr 2026 11:03
“Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
09 Oktyabr 2026 10:44
“Növbəti illərdə ticarət dövriyyəsinin artması üçün kifayət qədər əsas var”
08 Oktyabr 2026 23:35


Bakı -°C

