Kuklaçıların bayram sovqatı
Dekabrın 27-də Azərbaycan Dövlət Kukla Teatrında sənət ocağının həssas qruplardan olan uşaqlara bayram sovqatı “Şaxta Baba haradadır?” tamaşasının premyerası oldu.
Belə ki, hər il olduğu kimi, bu il də premyeranın ilk qonaqları Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əllliyi olan uşaqlar oldu.
Onlar əvvəlcə kuklaçıların Müstəqil “Oyuq” Uşaq Teatrı yetirmələri ilə birgə oyunun məhsulu olan tamaşaya baxdılar, ardınca bayram hədiyyələrini aldılar.
Qeyd edək ki, birhissəli uşaq tamaşasının (azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov, Səbinə Məmmədova və digərləri canlandırırlar.
Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır.
Səhnə əsərində cərəyan edən hadisələr ümumilikdə əyləncəli məzmun kəsb etsə də burada əsas mahiyyət balaca tamaşaçılara xeyirxahlıq, dürüstlük, özünə inam və ətrafa sevgi aşılamaqla onları bəd əməllərdən, pislik və paxıllıqdan uzaq saxlamaqdır.
Bir saatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları, az qala hamımıza tanış personajlar bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib, sıx meşənin dərinliklərində azan Şaxta Babanı axtaracaqlar. Arabir bu işə tamaşaçıları da sövq edəcəklər.
Macəra dolu tamaşa 28 dekabr 2024-cü il – 5 yanvar 2025-ci il tarixlərində hər gün dörd seans (12, 14, 16, 18.00) nümayiş olunur.
Digər Xəbərlər
17 Oktyabr 2026 17:24
Fulya Öztürk “44”dən danışdı - “Dəqiqələrlə ağladım” - VİDEO
16 Oktyabr 2026 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
13 Oktyabr 2026 19:12
Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
13 Oktyabr 2026 14:23
Arzu Əliyevadan Özgeyə xoş sözlər - “Çox gözəlsən”
13 Oktyabr 2026 12:35
Telli Pənahqızı: “İnsanlar maariflənməli, inkişaf etməlidir, cəhalətdə boğulmamalıdır”
13 Oktyabr 2026 10:33
Özge Gürel: Bu işə başlayarkən, bu hekayəni danışarkən çox qorxurdum
13 Oktyabr 2026 08:55
Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər
12 Oktyabr 2026 23:32


Bakı -°C

