Laçında 31 il əvvəl çəkilmiş son foto - VİDEO
Bir parça donuq şəkil əslində böyük bir tarixin aynasıdır bəlkə də. Həmin hərəkətsiz təsvir insana nələri xatırlatmaz ki...
Adalet.az xəbər verir ki, İctimai Televiziya 31 il əvvəl hələ 7 yaşında olarkən valideynləri ilə birgə öz el-obasından didərgin düşən soydaşımızdan bəhs edən sujet hazırlayıb.
Doğma yurdu Laçını tərk edərkən baş verənləri, o dəhşətli günləri dərk etməsə də bu gün onun haqqında eyni sözləri demək olmaz. Hazırda 38 yaşı olan Valeh Mehrəliyev təsadüfən internet səhifələrinin birində özünün 31 il əvvəl – məhz evlərini tərk edərkən çəkilmiş təsvirini görür. Həmin şəkil əslində, bu gün öz doğma el-obasına qayıtmağı səbirsizliklə gözləyən bir Laçın sakininin 31 illik ayrılığının ən mükəmməl təsviridir demək olar ki...
“Bu şəkil ilə ilk dəfə Vikipediyada yerləşdirilən Qarabağ müharibəsinə həsr olunmuş resursda rastlaşmışdım. Şəkildə bir doğmalıq hiss etmişdim. Daha sonra dayımın həyat yoldaşı mənə o şəkili göndərib bildirdi ki, “Valeh, özünü tanıya bildinmi?” Dedim ki, fotonu əvvəl də görmüşdüm, amma mən olduğumu bilmirdim. Mənə xatırlatdı ki, əynindəki paltonu xalan sənə Rusiyadan alıb göndərmişdi”, – Valeh Mehrəliyev qeyd edib.
O zaman 7 yaşı olan V.Mehrəliyev həmin günləri çox da yaxşı xatırlamır. Hətta əynindəki üst geyimini belə dayısının yoldaşı ona xatırladır: “Daha sonra mənə başqa bir şəkil göndərdi, 1992-ci ilin noyabr ayında şəhid dayımın məzarı üstündə çəkilmiş şəkil var. Həmin şəkildə də mən eyni paltodayam və artıq müəyyən etdim, dəqiqləşdirdim ki, bu fotodakı uşaq mənəm”.
Valeh Mehrəliyev deyir ki, Laçından qaçqın düşəndə şəkildə əlində tutduğu qovluğu özü ilə gətirib.
Daha ətraflı videomaterialda:
Digər Xəbərlər
30 May 2026 07:58
Leyla Əliyevanın övladları ilə yeni görüntüləri - VİDEO
29 May 2026 13:50
DİN-dən velosiped və skuter sürücülərinə xəbərdarlıq
28 May 2026 17:32
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib
28 May 2026 17:01
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub - FOTOLAR + YENİLƏNİB
28 May 2026 16:27
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO
28 May 2026 15:30
"Mənim qızımı niyə gətirməmisən, görərdim" - Ağbirçəklə Prezidentin səmimi dialoqu + YENİLƏNİB
28 May 2026 13:41
Prezident hərbçilər üçün nəzərdə tutulmuş mənzillərIə tanış olub - FOTOLAR
27 May 2026 18:06


Bakı -°C

