Lənkəran Dövlət Universiteti “QS Stars” audit qiymətləndirilməsində 3 ulduza layiq görülüb
Lənkəran Dövlət Universiteti (LDU) 33 illik fəaliyyətinin ən möhtəşəm dövrünü yaşayır. LDU dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 3 ulduz ilə qiymətləndirilib. Qeyd edək ki, LDU QS Stars"-ın qiymətləndirdiyi ilk region universitetidir.
Həmçinin, LDU 3 kateqoriya üzrə: "Tədris (Teaching)", "Məşğulluq (Employability)" və "Yaxşı idarəetmə (Good Governance)" sahələri üzrə ən yüksək qiymətləndirmə olan 5 ulduza layiq görülüb. “İnfrastruktur (Facilities)” və “Ətraf mühitə təsir (Environmental Impact)” üzrə 4 ulduz, “Elmi tədqiqat (Research)” və “Qlobal əməkdaşlıq (Global Engagement)” üzrə 3 ulduz, “İncəsənət sahəsində fəaliyyət (Art)” və “Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, equity and inclusion)” üzrə 1 ulduzla qiymətləndirilib. Qeyd edək ki, bu sahələr universitetin əsas prioritetlərini əks etdirir və onun beynəlxalq standartlara cavab verdiyini bir daha təsdiqləyir.
Xatırladaq ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif fəaliyyət sahələrini (tədris, tədqiqat, məşğulluq, beynəlmiləlləşmə və s.) qiymətləndirən beynəlxalq reytinq sistemidir. Bu sistem vasitəsilə universitetlər özünün güclü və zəif tərəflərini müəyyənləşdirmək imkanı əldə edir, həmçinin onların qlobal səviyyədə tanınması, təcrübələrinin paylaşılmasına şərait yaranır.
Qeyd edək ki, Lənkəran Dövlət Universiteti həmçinin dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinq sistemlərindən biri olan “Times Higher Education” dünya reytinq siyahısında da yer alıb və LDU dünya reytinqində TOP 1001-1500-likdə qərarlaşıb.
Lənkəran Dövlət Universiteti qazanılan uğurlarla kifayətlənməyərək beynəlxalq reytinq sistemlərində daha böyük nailiyyətlərə imza atmağı hədəfləyir, növbəti illərdə yüksək nəticələr əldə etməyi qarşısına vacib bir məqsəd kimi qoyur.
Digər Xəbərlər
13 Mart 2026 12:40
"Bu, 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır" - Vitse-spiker
13 Mart 2026 09:25
Onlar direktor müavini təyin edildilər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42


Bakı -°C

