Levandovski "Barselona" ilə müqavilənin müddətini uzatmaq istəyir

Polşa millisinin futbolçusu Robert Levandovski İspaniyanın "Barselona" klubu ilə müqavilənin müddətini uzatmaq istəyir.
Adalet.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
36 yaşlı hücumçu özünü Kataloniya təmsilçisində əla hiss edir və sözləşməni yeniləməkdə qərarlıdır.
Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Lakin forvard matçların 50 faizində iştirak etsə, bunun daha bir il uzadılması variantı aktivləşəcək.
Levandovskinin isə 2027-ci ilin yayınadək sözləşmə bağlamaq niyyətində olduğu iddia edilir.
Qeyd edək ki, o, cari mövsüm İspaniya La Liqasında keçirdiyi 13 oyunda 14 qola imza atıb.
Digər Xəbərlər

"Real" səfərdə qələbə qazandı - VİDEO

"Sabah" "Zirə"yə qalib gəldi

Millimiz heç-heçə etdi

Bəhmənlinin futbol stadionu...

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək
