Levon Ter-Petrosyan Paşinyanın "debat" çağırışına cavab verdi: "Qarabağ..."
Ermənistanın birinci prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan baş nazir Nikol Paşinyanın debat təklifinə cavabını dərc edib.
Adalet.az xəbər verir ki, cavabda deyilir:"Nikol Paşinyan, Sizin avantüranız ucbatından müzakirə predmeti olan minillik erməni Qarabağı artıq mövcud olmadığı halda və xalqımızın diqqətini bu acı reallıqdan yayındırmaq üçün çarəsiz səylərinizdən başqa heç nə qalmayıbsa, mən sizinlə nə barədə müzakirə edim.
İstədiyiniz qədər hay-küy salın, bu reallıq onsuz da heç vaxt silinməyəcək tarixi bir həqiqətdir.
Və əgər, Nikol, sən Qarabağ probleminin diplomatik yolla həlli prosesi ilə bağlı bütün həqiqəti ictimaiyyətin bilməsini istəyirsənsə, mən təklif edirəm. Qarabağın dağıdılmasından sonra həmin prosesin məsləhətləşməsi öz mənasını itirdiyindən Minsk Qrupunun həmsədrlərinin rəsmi olaraq təqdim etdiyi bütün sülh planlarını (2019-cu ilin iyunu daxil olmaqla) və erməni diplomatiyasının onlara rəsmi cavablarını dərc edin.
Bu, faktlara əsaslansan əsl debat olacaq. Bunu etməsəniz, həqiqətdən qaçdığınızı, tarixi məsuliyyətdən xırdacasına yayınmaqla məşğul olduğunuzu bir daha sübut etmiş olarsınız.
Qeyd edək ki, Levon Ter- Petrosyan əvvəlki açıqlamalarında "Qarabağ bizim deyil" şərhini verirdi.
Xatırladaq ki, Paşinyan da açıqlamalarının birində "Ter-Petrosyan mənə Qarabağı qaytarmağı təklif etmişdi" şərhini vermişdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
20 Oktyabr 2026 14:33
Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib
20 Oktyabr 2026 13:07
Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTOLAR
20 Oktyabr 2026 12:56
Kamran Əliyevdən YENİ TƏYİNATLAR
20 Oktyabr 2026 12:51
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
20 Oktyabr 2026 12:42
“Konkret hansı ölkənin kiberhücum etdiyini demək çətindir”
20 Oktyabr 2026 12:14
Bu şəxslərdən də iş icazəsi tələb olunmayacaq
20 Oktyabr 2026 12:11
Hərbi xidmət əleyhinə olan inzibati xətalarla bağlı - Yenilik
20 Oktyabr 2026 12:00


Bakı -°C

