10 Yanvar 2025 12:33
144
DÜNYA

Litva Prezidenti: "Kalininqrad Litvanın tarixi şəhəridir"

Litva prezidenti Kalininqradı Litvanın tarixi şəhəri adlandırıb.


Adalet.az xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda X sosial şəbəkəsində Rusiyanın Kalininqrad vilayətindəki şair Kristionas Donalaitisin xatirə muzeyinin adının dəyişdirilməsi ilə bağlı qərarını şərh edib və regionda Litva mədəniyyətinin qalıqlarını qorumağa çağırıb.

Dövlət başçısı Kalininqrad vilayətinin özünü Kiçik Litvanın bir hissəsi adlandırıb: “Hazırda Kalininqrad vilayətinin bir hissəsi olan Kiçik Litvanın köhnə sakinlərinin çoxdan yox olmasına baxmayaraq, Litva mədəniyyətinin son əlamətlərini qorumaq lazımdır. Rusiya nə qədər çalışsa da, Karalyauçyus heç vaxt Kalininqrad olmayacaq”, - Nauseda yazıb.

 

Xatırladırıq ki,  1949-cu ilədək Kalininqrad Almaniyanın ərazisi olub. İkinci Düya müharibəsində məğlub olan nasist Almaniyası bu ərazini təzminat olaraq Rusiyaya verib.Məhz bu səbəbə görə,  2021-ci ildə almanlar Rusiyanın Kalininqrad vilayətini Almaniyanın ərazisi kimi təqdim edən plakatlar paylaşmışdı.
Yerli mətbuat bildirib ki, bu Merkelin liderlik etdiyi xristian demokratların seçkiöncəsi təbliğat kampaniyası zamanı yaydığı plakatın surətidir. Baş verən hadisə Almaniya prokurorluğu tərəfindən araşdırıldığı yazılsa da ortaya bir nəticə çıxmadı. Kalininqradın Almaniya ərazisi kimi göstərilməsi də Kreml tərəfindən kəskin etirazla qarşılandı.RF prezidentinin mətbuat katibi Dmitriy Peskov bunu mənfi qarşılasa da, rəsmi Berlinin yürütdüyü siyasət kimi qəbul etmdəyini elan etdi: “Rəsmi Berlin Rusiyanın ərazi bütövlüyünü şübhə altına almır”.

Yadınızdadırsa, əvvəlki yazılarımızda sizə Kalininqrad haqqında bilgilər vermişdik. Həmin yazımızda xəbər vermişdik ki, Polşanın Quru Qoşunlarının sabiq komandanı general Valdemar Skşipçakın dediyinə görə, Rusiyanın Kalininqrad şəhəri əslində polyakların qədim yaşayış məntəqəsidir:”Bu şəhərin Rusiyadan alınmasının vaxtı çatıb. Fikrimcə, əzəli Polşa ərazisi olan Kalininqradla bağlı məsələnin həlli yollarının aranmasının vaxtı çatıb. Şəhər 1945-ci ildən bəri Rusiyanın işğalı altındadır. Halbuki həmin ərazilər tarixən Prussiya və Polşa torpaqları olub. Bu səbəbdən də Polşanın Kaliniqrada iddia etməsinin qanuni əsasları var”.

Generalın dediyinə görə, Kalininqrad şəhəri Baltika dənizinə və Polşa ovalığına aparan qapıdır: "Bu yerlərdən Mərkəzi və Qərbi Avropaya yol keçdiyindən Rusiyanın hərbi və siyasi strategiyasında Kalininqradın xüsusi yeri var".

Əzəli pruss kəndi Tvanqste olmuş bu məkanda 1255-ci ildə Tevton Ordeninin cəngavərləri çex kralı 2-ci Prjemısl Otakarın şərəfinə Köniqsberq (almanca "Kral Dağı") qalası inşa etmişdilər. Qala sonradan böyüyərək şəhərə çevrilmişdi.Yeri gəlmişkən polyaklar bu şəhəri Korolevets adlandırırdılar.

Bu açıqlamadan bir müddət sonra 2023-cu ildə  Litva xarici işlər naziri Qabrielius Landsberqis Kalininqradla bağlı açıqlama verdi. O bildirdi ki, Litva öz ərazisindən Kalininqrada tranzit keçidini aprel ayından, AB-nin müvafiq sanksiyasından sonra bağlayıb:” Putin bu məhdudiyyətə iyunda reaksiya göstərib, bu isə Kremlin hansısa oyunlarından xəbər verir:.Bəzilərinin fikrincə, bu, Ukraynada müharibənin "yaxşı getmədiyinə" görədir və diqqəti yayındırmaq məqsədi daşıyır. Halbuki dördüncü sanksiya paketi apreldə qəbul olunub. Bütün izahat orada idi. Və biz tranzitin həcminin azaldığını gördük. Ona görə də indi müşahidə etdiklərimiz oyundur”

Onu da qeyd etmişdik ki, Litvada martın 3-də Rusiya Səfirliyi binasının yerləşdiyi küçəyə “Ukrayna qəhrəmanları küçəsi” adı veriləcəyi barədə məlumat yayılmışdı. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Litvanın Rusiyanın Vilnüsdəki səfirinin ölkəni tərk etməsini istəməsi qərarına cavab verəcəklərini bildirdi.
Zaxarova yazılı açıqlamasında Litvanın bu gün "Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salmaq" qərarına gəldiyini bildirdi:"Litva administrasiyasının bu son dərəcə düşməncəsinə hərəkətləri ikitərəfli münasibətləri məhv etmək məqsədi daşıyır. Litva tərəfi buna görə tam məsuliyyət daşıyır. Buna qarşı tədbirlər ən qısa zamanda elan ediləcək".

 P.S.Beləliklə, Litva Prezidenti Gitanas Nausedanın bu günkü paylaşımı Zaxarovanın ötən il yaydığı fikirləri təsdiqləyir.

 Əntiqə Rəşid