adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 May 2022 13:32
902
MARAQLI

MACƏRA DOLU İSLANDİYA...

Bünyamin Bünyadzadənin təqdimatında

Burda valideynlər uşaqlarına istədikləri adı verə bilməzlər...

Ailədə fərqli soyadlar... və daha nələr...


 Dünya ölkələri özü - özlüyündə hər nə qədər fərqliliklərlə dolu olsa da sonucda hər şey insan üçün hesablanıb. Lakin elə ölkələr də var ki, onlar sanki İlahi gücün köməyiylə daha da fərqli formada bərqərardırlar. Həm öz maraqlı coğrafi mövqeyi həm də qəribliklərlə dolu qaydaları ilə fərqlənən ölkələrdən biri dğ məhz İslandiyadı. 

   Əvvəlcə bu ölkə barədə müəyyən məlumatları oxucularımızın diqqətinə çatdırmaq istərdim:

      İslandiya Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti sayılır. Bura İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv/km-dir.

İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi var. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir.

İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98%-ni islandlar təşkil edir. Onlar 10 əsrdir ciddi dəyişikliklərə məruz qalmayan İsland dilində danışırlar. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava dəyişkəndir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır.

Bu məlumatlar İslandiya haqqında rəsmi və bilinən məlumatlardır.

   Amma indi isə bu buzlar ölkəsi haqqında çox da bilinməyən bir neçə maraqlı məlumatları diqqətinizə çatdırıram:

  İslandiya dünyanın iki tektonik lövhəsi arasında üzə biləcəyiniz yeganə yerdir

İslandiya Silfra çatlaması, eyni zamanda iki qitəyə fiziki olaraq toxuna biləcəyiniz yeganə yerdir. Beləliklə, bu yerdə eyni zamanda Şimali Amerika və Avrasiya qitələrinə toxuna bilərsiniz. Tektonik lövhələr ayrıldıqca qitələr arasında bəzi çatlar əmələ gəlir. Buradakı sular dünyanın ən təmiz sularından biri sayılır. Silfra çatlağı 2004-cü ildə UNESCO tərəfindən “Dünya Mirası” siyahısına daxil edilib.

     İslandiyanın Akureyri
İslandiyanın Akureyri şəhərində işıqforlarda qırmızı dairələr əvəzinə qırmızı ürəklər var

2008-ci ildə iqtisadi böhran zamanı İslandiyada insanlar böyük bir depressiyadan keçiblər. İnsanların mənəviyyatını yüksəltmək üçün bələdiyyə sədri İslandiyanın ikinci ən böyük şəhəri olan Akureyridə işıqforları ürək şəklində dizayn edib. Bu yolla insanları tıxaclarda pozitiv tutmağa çalışırlar.

 

    İslandiyanın yeganə yerli məməli ehyvanı arktik tülküsüdür

İslandiyada 8-10 min arasında arktik tülkü yaşayır. Bu gözəl görünüşlü heyvanlar Beynəlxalq Təbiəti Qoruma Birliyinin qırmızı siyahısına daxildir. Bu növün nəsli kəsilməkdədir.

    İslandiyada insanlar bir-birlərinə ənənəvi Milad hədiyyəsi olaraq kitablar verirlər

İslandiya dünyanın ən çox kitab oxunan ölkələrindən biridir. “Jolabokaflod” və ya “Christmas Book Sel” adlanan ənənədə- 24 dekabrda insanlar bir-birilərinə bir kitab verir və gecəni oxumaqla keçirirlər. Bu ənənə İkinci Dünya müharibəsindəki maddi çətinliklər səbəbiylə suvenirlər istehsalının məhdudlaşdırılması ilə başlayıb. Beləliklə, kitablar Miladın simvolu olub.

      İslandiyalılar kimin kimlə qohum olduğunu göstərən bir tətbiqetmə hazırlayıblar

İslandiya əhalisi 360.000 nəfərdir və çox az miqrasiya edən bir ada ölkəsidir. Bu qədər kiçik bir ölkədə insanların çoxu bir-birilə qohumdur. İslandların özlərinin yaratdığı “İslendinga-Application” adlı proqramla 11-ci əsrdən bəri bütün islandiyalıların qohumluq əlaqələri sıralanır. Bu məlumat bazası kimin kimlə əlaqəli olduğunu göstərir.

     İslandiyada eyni ailənin bütün üzvlərinin soyadları fərqli ola bilər

   İslandiya fil başı şəklində nəhəng bir qayaya sahibdir

Fil Qayası İslandiyanın Westman adasında tapılmış bir bazalt qayadır. Westman adaları bir sıra vulkan püskürmələri nəticəsində meydana gəlib və Fil qaya kimi maraqlı formalı dizaynlar ortaya çıxıb.

   Dünyanın ilk demokratik yolla seçilmiş qadın prezidenti 1980-ci ildə İslandiyada seçilən Viqdis Finnboqdottir olub.

O, İslandiyanın dördüncü prezidenti və dünyada demokratik olaraq seçilmiş ilk prezidentdir. O, İslandiyanın bu günə qədər yeganə qadın prezidentidir.


    İsland dilində ‘Dondurma Səyahəti’ mənasını verən bir söz var.

İslandiyalılar havanın nə qədər soyuq olmasına baxmayaraq dondurma yeyə bilərlər. Dondurmanı o qədər sevirlər ki, hətta bunun üçün bir sözləri var – “ísbíltúr”. Bu söz dondurma səyahətini ifadə edən vahid bir sözdür.

    İslandiyada McDonald’s yoxdur

İslandiyadakı ilk McDonald’s 1993-cü ildə açılıb, lakin uzun müddət fəaliyyət göstərdikdən sonra 2009-cu ildə bağlanıb.

İslandiyada valideynlər tez-tez körpələrini soyuqda çöldə yatdırırlar

İslandiyada körpələri soyuqda yatırmaqla immunitet sisteminin gücləndirdiyinə inanılır. Bəlkə də bir həqiqət var, çünki İslandiyada ortalama yaş ömrü 82 ildir.


   İslandiyadakı valideynlər təsdiq edilmiş siyahıdan körpələri üçün bir ad seçməli və ya adlandırma komitəsinə təsdiq üçün müraciət etməlidirlər

İslandiyada yeni doğulan körpələrə istənilən adı vermək mümkün deyil. İslandiya Adlandırma Komitəsi təsdiq edilmiş adları siyahıya alır və valideynlər bu siyahıdan bir ad seçməlidirlər. Siyahıdan kənar bir ad seçmək istəyirlərsə, komitəyə müraciət edib təsdiq almalıdırlar.

    Bütün İslandiyanı 24 saatdan az müddətdə səyahət edə bilərsiniz

Bu gözəl ölkəni araşdırmaq üçün 24 saat kifayət deyil, ancaq dairəvi yoldan 24 saat ərzində bütün ölkəni gəzə bilərsiniz.

    İslandiyada valideynlər tez-tez körpələrini soyuqda çöldə yatdırırlar.

İslandiyada körpələri soyuqda yatırmaqla immunitet sisteminin gücləndirdiyinə inanılır. Bəlkə də bir həqiqət var, çünki İslandiyada ortalama yaş ömrü 82 ildir.

   İslandiyadakı valideynlər təsdiq edilmiş siyahıdan körpələri üçün bir ad seçməli və ya adlandırma komitəsinə təsdiq üçün müraciət etməlidirlər

İslandiyada yeni doğulan körpələrə istənilən adı vermək mümkün deyil. İslandiya Adlandırma Komitəsi təsdiq edilmiş adları siyahıya alır və valideynlər bu siyahıdan bir ad seçməlidirlər. Siyahıdan kənar bir ad seçmək istəyirlərsə, komitəyə müraciət edib təsdiq almalıdırlar.

  Bütün İslandiyanı 24 saatdan az müddətdə səyahət edə bilərsiniz.

Bu gözəl ölkəni araşdırmaq üçün 24 saat kifayət deyil, ancaq dairəvi yoldan 24 saat ərzində bütün ölkəni gəzə bilərsiniz.

  İslandiyada təxminən 130 vulkan var və bunlardan 30-u aktivdir

Ən son vulkan püskürməsi ötən ay 19 Martda baş verib.

İslandiya bayrağının rəngləri ölkə mənzərəsinin üç elementini simvollaşdırır

Bayraqdakı rənglər ölkənin üç təbii mənzərəsini təmsil edir. Qırmızı vulkan atəşini, ağ buzu, mavi isə sahildən baxıldığında, adanın dağlarını təmsil edir.