adalet.az header logo
  • Bakı -°C
05 Yanvar 2026 22:10
171
DÜNYA
A- A+

Maduro bütün ittihamları rədd edib və özünü "hərbi əsir" adlandırıb - YENİLƏNİB

Nyu-York məhkəməsi Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores işi üzrə növbəti iclası 17 mart tarixində təyin edib.

Adalet.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

"Növbəti iclas 17 mart saat 11:00-da keçiriləcək", - hakim bildirib.

"Maduro və həyat yoldaşı təxminən 30 dəqiqə davam edən dinləmədən sonra məhkəmə zalını tərk ediblər", - məlumatda qeyd olunub.

İclas zamanı təqsirləndirilən şəxs hərbi oğurluğun qanuniliyi ilə bağlı problemlərə işarə edib. Maduro həmçinin hakimlərin diqqətini sağlamlıq problemlərinə yönəldib və həbs müddətində müvafiq tibbi yardım almaq üçün müraciət edib.

Siliya Floresin vəkili Mark Donnelli onun da sağlamlıq problemləri olduğunu vurğulayıb.

"Floresin qabırğalarında güclü əziklər var və ona lazımi qulluq göstərilməlidir", - o, müdafiə etdiyi şəxsin saxlanılması və ABŞ-yə daşınması zamanı zorakılığa məruz qaldığını göstərib.

 

21:41

Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York məhkəməsi tərəfindən onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.

Adalet.az "Sky News"ə istinadən xəbər verir ki, Maduro məhkəmə zalında təqsirsiz olduğunu bildirərək, Venesuelanın Prezidenti olaraq qalmağa davam etdiyini söyləyib.

"Mən təqsirsizəm. Mən vicdanlı insanam", - o, özünü "hərbi əsir" adlandırıb. İttiham olunanlar Venesuela səfirliyindən konsulluq yardımı tələb ediblər. Məhkəmə Maduronun konsul işçiləri tərəfindən ziyarət edilməsinə razılıq verib.

 

***21:22

Nyu-Yorkda Manhettendəki Daniel Patrik Moynihan məhkəmə binasında narkoterrorizm və digər cinayətlərdə ittiham olunan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilə bağlı məhkəmə iclası başlayıb.

Adalet.az "Sky News"ə istinadən xəbər verir ki, Maduronun maraqlarını Barri Pollak təmsil edir.

İclas canlı yayımlanmayacaq, lakin KİV-lərin girişinə icazə verilib.

21:14

Venesuela prezidenti Nikolas Maduronun Nyu-York məhkəməsindəki maraqlarını "WikiLeaks" təsisçisi Culian Assancın azad edilməsi, həmçinin keçmiş "Enron" mühasibinin uğurlu müdafiəsi və digər məşhur işlərlə tanınan Vaşinqton vəkili Barri C. Pollak təmsil edəcək.

Adalet.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunub ki, Maduronun həyat yoldaşı Siliya Floresin müdafiəsini Texasdan olan vəkil Mark Donnelli öz üzərinə götürəcək.

Bu gün ABŞ tərəfindən tutulmuş venesualı lider və onun həyat yoldaşı Nyu-Yorkda məhkəmədə 92 yaşlı hakim Elvin Hellerştaynın sədrliyi ilə məhkəmə qarşısına çıxacaqlar. O, səs-küylü və rezonans doğuran işləri ilə tanınır. Hakim, 11 sentyabr terror aktlarından zərərçəkənlər üçün kompensasiya işləri, Harvi Vaynşteyn əleyhinə və "Darfur soyqırımı" araşdırması ilə tanınır.

Hakimin ABŞ prezidenti Donald Trampla bağlı işlərdə də təcrübəsi var.