MEDİA və Mətbuat Şurası başsağlığı yayıb
Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası Qəzza zolağında həlak olan Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakla bağlı başsağlığı yayıb.
Bu barədə Adalet.az-a Azərbaycan Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın həlak olması böyük faciədir: "Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.
Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Bərzak da məhz həmin acizliyin növbəti qurbanıdır. Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Y.Bərzakın Qəzzada həyatını itirməsindən dərin kədər hislərini ifadə edərkən, dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər.
Allah rəhmət eləsin!"
Eyni zamanda, MEDİA "X" hesabında paylaşım edib:
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Qəzzada peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalist Yahia Barzaqın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"
Digər Xəbərlər
18 Noyabr 2025 11:45
HAMIMIZIN QƏZETİ - Rafael Hüseyn yazır
17 Noyabr 2025 17:43
"Euronews Academy" layihəsi çərçivəsində "Rəqəmsal Jurnalistika" mövzusunda təlim proqramına başlanıb - FOTOLAR
14 Noyabr 2025 12:55
“Səs” qəzeti bağlanır
13 Noyabr 2025 14:38
MEDİA Türkiyədə həlak olan jurnalistlə bağlı paylaşım edib
13 Noyabr 2025 12:23
MEDİA rəsmisi Agentliyin mediaya dəstək müsabiqələrinin yeni qaydalarını şərh edib
13 Noyabr 2025 12:07
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
11 Noyabr 2025 09:53
"Biz Azərbaycanda həm də medianın inkişafını dəstəkləyirik" - "Euronews"un direktoru
07 Noyabr 2025 16:06


Bakı -°C

