adalet.az header logo
  • Bakı -°C
14 May 2026 12:16
78
DÜNYA
A- A+

Medvedev Ukrayna xalqını təhqir etdi

Rusiya Federasiyası təhlükəsizlik şurasının sədr müavini, xalq arasında alkoqol düşkünü kimi tanınan Dmitri Medvddev, özünün MAX messencer kanalında yazıb ki, Vladimir Zelenskinin yerinə gələcək şəxs çox güman ki, ABŞ-ın tələblərini yerinə yetirəcək.

 "Bu əclafın yerinə gələn istənilən şəxs, ondan qalan mirasları dağıtmaqdan başlayacaq. Belə görünür ki, varis Ukeaynanın əsas sponsoru-ABŞ-ın təlıblərini yerinə yetirəcək"- deyə Medvedev suveren dövlətin seçdiyi prezidenti təhqir edib.

 Bununlada sakitləşmək bilməyən TŞ-nın sədr müavini, Ukraynanın gələcək dpvlət bsşçlslnı da ağır ifadələrlə təhqir etməkdən çəkinməyib. "Yeni gələcək "piy basmış siçovul" ABŞ üçün daha sığallı və eyni zamanda zəhərli olacaq. O, məmuniyyəylə avropanın çirkab dolu vedrəsindən doyunca yeməyə razılaşacaq. Belə siçovullar hətta kapitulyasiya faktı ilə də razılaşa bilər".

 Ukraynada hələ ku, yaxın vaxtlarda nə preziden, nə də hər hansı bir seçkilərin keçiriləcəyi gözlənilmir. Rusiya TŞ-nın sədr müavini deyəsən paxmeldən sonra, ciddi beyin sarsıntıları keçirir...

 Rüstəm Hacıyev