Məşhur Məmmədov: "İlham Əliyevin amnistiya təşəbbüsü minlərlə ailəyə ümid və sevinc bəxş edəcək"
Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs dövlətimizin humanist siyasətinin, sosial ədalət və vətəndaşa qayğı prinsipinin növbəti bariz nümunəsidir. Bu təşəbbüs minlərlə ailə üçün yeni ümid, sevinc və mənəvi rahatlıq deməkdir.
Milli Məclisin deputatı Məşhur Məmmədov mətbuata açıqlamasında bildirib ki, dövlət başçısının bu addımı Azərbaycan dövlətinin gücünün yalnız hüquqi mexanizmlərdə deyil, eyni zamanda mərhəmət və bağışlama dəyərlərində ifadə olunduğunu bir daha təsdiqləyir.
“Prezident İlham Əliyevin amnistiya təşəbbüsü göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bu qərar təkcə hüquqi akt deyil, eyni zamanda insan taleyinə, ailə institutuna və cəmiyyətin sağlam inkişafına verilən böyük dəyərdir. Amnistiya cəmiyyətə yenidən inteqrasiya imkanlarının genişləndirilməsinə, sosial sabitliyin möhkəmlənməsinə xidmət edir”, – deyə deputat vurğulayıb.
Millət vəkili qeyd edib ki, dövlətimizin həyata keçirdiyi ardıcıl hüquqi və sosial islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ədalətli, güclü və humanist idarəçilik modelinin formalaşdığını açıq şəkildə nümayiş etdirir.
“Amnistiya aktının 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilir. Bu isə təkcə məhkumlar üçün deyil, onların ailələri və bütövlükdə cəmiyyət üçün mühüm sosial-siyasi əhəmiyyət daşıyan tarixi qərardır”, – deyə deputat əlavə edib.
Digər Xəbərlər
03 Mart 2026 18:21
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
03 Mart 2026 15:06
İlham Əliyevdən alternativ enerji mənbələri ilə bağlı açıqlama
03 Mart 2026 15:05
"Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq"
03 Mart 2026 15:04
"Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır" - Dövlət başçısı
03 Mart 2026 15:03
"Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik" - Prezident
03 Mart 2026 13:24
“Biz bu ədalətsizliyə məruz qalanda heç kim onu aradan qaldırmadı...”
03 Mart 2026 12:46
Vüqar Mustafayev Ankarada Yaşar Gülərlə müzakirələr apardı
03 Mart 2026 12:41


Bakı -°C

