Mətbuat katibləri üçün yeni təlimlərə başlanılıb
                            Media Təhlil Mərkəzi (MTM) Heydər Əliyev Mərkəzi və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə yerli media nümayəndələrinin, xüsusilə də mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədilə yeni təlimə başlayıb.
Adalet.az xəbər verir ki, Azərbaycanda ilk dəfə xüsusi formatda təşkil edilən təlim ölkədə həyata keçirilən media islahatlarına töhfə vermək, medianın hazırkı dinamik mühitdə inkişafını təşviq etmək, jurnalistlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi daşıyır.
Mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən təlim vacib nəzəri mövzuların tədrisi ilə başlayacaq, daha sonra iştirakçılar müzakirələrə qoşulacaq, press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalarda iştirak edəcəklər.
Bundan əlavə, təlim proqramına peşəkar mətbuat ofisinin təşkili; jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması; onların suallarına vaxtında dəqiq cavab verilməsi; Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb saytın təşkili; inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.
Dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən təlimi London şəhər Universitetinin jurnalistika üzrə professoru Barni Cons aparacaq. Britaniyanın “The Media Society” təşkilatının vitse-prezidenti olan Barni Cons İcmalar Palatasında media məsləhətçisi kimi çalışır. O, “The Andrew Marr Show” və “Breakfast with Frost” siyasi xarakterli televiziya proqramlarının yaradıcısı və aparıcısı olub, PR və müstəqil radio müxbiri kimi çalışıb, sonradan BBC-də bəzi layihələr üzərində işləyib, bir çox siyasi xadimlərdən müsahibələr götürüb.
Müxtəlif sessiyaları əhatə edəcək üç günlük təlim 1-3 noyabr tarixlərində keçiriləcək.
Məlumat üçün nəzərinizə çatdıraq ki, 2020-ci ilin aprel ayından fəaliyyətə başlayan MTM-in (Media Təhlil Mərkəzi) başlıca missiyası Azərbaycan media məkanının, dövlət və qeyri hökumət qurumlarının kommunikasiya siyasətinin təhlil və araşdırmalarının aparılması, onların fəaliyyət səmərəliliyinin yüksəldilməsi məqsədilə təkliflərin hazırlanmasıdır.
Digər Xəbərlər
        
        04 Noyabr 2025 15:14
    
    MEDİA-da türkiyəli jurnalistlərlə görüş keçirildi - FOTOLAR
        
        03 Noyabr 2025 15:04
    
    Aİ ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
        
        01 Noyabr 2025 10:03
    
    29 yaşlı "Şərq"
        
        30 Oktyabr 2025 11:52
    
    MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
        
        28 Oktyabr 2025 16:17
    
    “Süni intellektin mediada tətbiqi” mövzusunda seminar uğurla yekunlaşdı - FOTOLAR
        
        27 Oktyabr 2025 14:02
    
    Natiq Məmmədli: “Süni intellekt insan zəkasının alternativi deyil”
        
        23 Oktyabr 2025 15:16
    
    Media subyektləri daha 3 il vergiyə cəlb olunmayacaq
        
        21 Oktyabr 2025 16:17
    
    

                                Bakı -°C
                            
    
            
            
            
            
            