Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərlə növbəti qəbul-görüşü keçirib
74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti qəbul-görüşünü keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və deputatın köməkçiləri də iştirak ediblər.
Qəbula gələnlərdən bir nəfər şəhid atası, 1 nəfər qazi, 2 nəfər Vətən Müharibəsi iştirakçısı olub.
Görüş zamanı 20-dən çox seçici fərdi şəkildə qəbul edilib, onların müraciət və təklifləri diqqətlə dinlənilib. Qaldırılan məsələlər əsasən sosial-məişət yönümlü olub. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin isə operativ şəkildə müvafiq qurumlarla əlaqələndirilməsi üçün tapşırıqlar verilib.
Millət vəkili Məşhur Məmmədov bu barədə sosial media hesabında yazaraq qeyd edib ki, hər bir vətəndaşın müraciətinə həssas yanaşmaq, onların problemlərinin həllinə dəstək göstərmək əsas vəzifə kimi qəbul olunur:
“Dövlətin və seçicinin bizə göstərdiyi etimadı doğrultmaq, vətəndaşlarımızın rifahı naminə çalışmaq bizim üçün həm məsuliyyət, həm də şərəfli bir missiyadır.”
Görüş zamanı səsləndirilən bütün təklif və iradlar qeydiyyata alınıb və onların icrası ilə bağlı müvafiq addımlar atılacağı vurğulanıb.
Digər Xəbərlər
06 Yanvar 2026 21:02
Mehriban Əliyevadan Milad TƏBRİKİ - FOTO
06 Yanvar 2026 16:11
Azərbaycan strateji iqtisadi inkişafı ilə regionda liderdir
06 Yanvar 2026 14:05
“Əgər bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirərlərsə...”
06 Yanvar 2026 12:12
“Zəngəzur dəhlizi artıq siyasi mübahisə mövzusu deyil...”
06 Yanvar 2026 11:20
“Trampın İrana havadan hərbi müdaxiləsi gözləniləndir...”
06 Yanvar 2026 10:25
Prezident işdən çıxarılan icra başçısından danışdı
06 Yanvar 2026 00:00
Prezidentin müsahibəsinin tam mətni - YENİLƏNİB + VİDEO
05 Yanvar 2026 22:56


Bakı -°C

