Milli Məclisdə məktəblərə şəhid adının verilməsi məsələsi müzakirə olunub
“Birinci və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatlarında şəhidlərimizin adlarının təkcə yerlərə, meydanlara deyil, eyni zamanda həmin yerlərdəki təhsil müəssisələrinə verilməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi normalar var ki, ən azı iki orden alan şəhidin adı müəssisələrə verilə bilər".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vasif Qafarov deyib.
"Amma elə kəndlərimiz var ki, orda cəmi 1 şəhid var, amma bir medalı və ya ordeni çatmır. Amma orada ikinci bir şəhid yoxdur ki, müqayisə edib, üstünlük tanıyasan. Belə kəndlərdə o bir şəhid üçün istisnalıq tanınsa, çox yaxşı olar”, - deyə deputat bildirib.
Komitə sədri Siyavuş Novruzov bildirib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun var. Onun sözlərinə görə, həmin qanunda hansı yerlərə şəhid adlarının verilməsi nəzərdə tutulur:
"Qanunvericiliyə əsasən, Milli Qəhrəmanların, Vətən Müharibəsi Qəhrəmanlarının adları məkətblərə, tədris müəssisələrinə verilə bilər. Elə yerlər var ki, bir kənddə 5 şəhid, bir məktəb var. Ona görə də adın verilməsi çətinlik yaradacaq. Bu o demək deyil ki, həmin şəhid ailəsinə qayğı göstərilmir. Onun adına park, küçə verilə bilər. Azərbaycanda təxminən 5 minə yaxın məktəb var. Şəhidlərimizin sayı təxminən 15 minə yaxındır. Elə olur ki, bir məktəbə 3 nəfər düşür. Bu məsələ ətrafında dəfələrlə müzakirə olunub. Şəhid ailələri ilə söhbət zamanı bunu izah etməyə çalışırıq"
Digər Xəbərlər
02 Fevral 2026 18:51
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
02 Fevral 2026 17:00
Nazirlər Kabineti icazələrlə bağlı siyahını yenilədi
02 Fevral 2026 16:03
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
02 Fevral 2026 15:33
Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq
02 Fevral 2026 13:24
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
02 Fevral 2026 13:12
1738 hektar ərazi minalardan təmizlənib
02 Fevral 2026 09:17
Mehriban Əliyevadan Gənclər Günü ilə bağlı PAYLAŞIM
31 Yanvar 2026 15:35


Bakı -°C

