Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
Martın 17-də Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətində görüş keçirilib.
Tədbirdə xidmət əməkdaşları ilə yanaşı Nazirliyin məsul şəxsləri, Bakı Probasiya İdarəsinin icra məmurları, Bakı Dövlət Universiteti və Azərbaycan Universitetinin könüllüləri, vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan xidmət rəisi Vüqar Ağayev ədliyyə, o cümlədən probasiya sahəsində aparılan islahatlardan, sahə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsindən, probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyasından, ali təhsil müəssisələri, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrdən, müasir dövrün çağırışları ilə bağlı məsələlərdən, habelə probasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən bəhs edib.
Görüşdə Mill Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edərək son dövrlərdə ədliyyə sistemində, Probasiya xidmətində həyata keçirilən işlərdən, ölkəmizdə alternativ cəzaların tətbiqi, bəzi cinayət əməllərinin dekriminallaşdırılması məsələlərindən danışıb, məhkumların hüquqlarının təmin olunması, probasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, xüsusilə probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyası ilə bağlı görülən multidissiplinar fəaliyyətin vacibliyini qeyd edib.
Tədbirdə Probasiya xidmətinin fəaliyyəti ilə bağlı video-çarx nümayiş etdirilib, o cümlədən məhkumların sosial adaptasiyası və reabilitasiyası sahəsində könüllülərin (sosial işçilər və psixoloqlar) təqdimatları olub, Rəqəmsal monitorinq mərkəzinin təcrübəsi ilə tanışlıq həyata keçirilib. Bu sahəyə cəlb olunan könüllülərin təqdimatları, problemlərə elmi yanaşmalar və onlar tərəfindən aparılan tədqiqatlar müsbət qiymətləndirilib.
Görüşdə, həmçinin probasiya haqqında qanunvericiliyin təkmilləşdirilməsi, konseptual sənədlərin işlənib hazırlanması, xüsusilə Probasiya haqqında Qanunun qəbul edilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda deputatları və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Digər Xəbərlər
15 Dekabr 2025 14:17
Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
15 Dekabr 2025 11:49
DTX Balakənin icra başçısını belə həbs edib - VİDEO
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25


Bakı -°C

