Milli Məclisin deputatları Fransada görüşlər keçiriblər
Parisdə səfərdə olan Milli Məclisin deputatları – Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 8-də Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatan və qrupun üzvləri ilə görüşüblər.
Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən xəbərə görə, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın da iştirak etdiyi görüşdə Fransa Milli Assambleyasının üzvlərinə regiondakı reallıqlar haqqında ətraflı məlumat verilib.
Fransalı parlamentarilər iki ölkə, xüsusilə də parlamentlər arasında münasibətlərdən söz açaraq, bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Milli Məclisin üzvləri Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlıq mühitinin yaradılması üçün ardıcıl səylər göstərdiyini qeyd ediblər.
Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.
Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Senatının Beynəlxalq əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin sədri Kristian Kambon ilə görüşüb. Fransa Senatında keçirilmiş görüşdə səfir Leyla Abdullayeva və səfirliyin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova da iştirak ediblər.
Görüşdə Soltan Məmmədov fransalı senatora Azərbaycanın regionda yaratdığı reallıqlar haqqında məlumat verib. Qeyd edilib ki, Azərbaycan Prezidenti postmünaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunması əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Azərbaycan tərəfi sazişin baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Bildirilib ki, ölkəmiz regionda sülhün bərqərar olmasını istəyir və bu istiqamətdə səylərini əsirgəmir.
Soltan Məmmədov Azərbaycanla bağlı yanlış məlumatların yayılmasından təəssüfləndiyini bildirib. Deputat ölkəmizlə bağlı həqiqətlərin çatdırılması baxımından iki ölkənin parlamentariləri arasında təmasların əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı senator K.Kambon parlamentlərarası əlaqələrin inkişafı və digər məsələlər barədə öz fikirlərini açıqlayıb.
Digər Xəbərlər
04 Iyun 2026 13:10
Əli Əsədov görüş keçirdi - FOTO
04 Iyun 2026 09:11
ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırır - Politoloq
03 Iyun 2026 16:50
Roma Papası İlham Əliyevi TƏBRİK ETDİ
03 Iyun 2026 16:24
Cənubi Qafqazın taleyi... - Səxavət Məmməd yazır
03 Iyun 2026 12:21
""Məcburi köçkün" kimi təqdim olunan Azərbaycan vətəndaşları yeni hüquqi kimlik qazanırlar"
03 Iyun 2026 12:20
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
03 Iyun 2026 11:45
"300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb" - Komitə sədri
03 Iyun 2026 11:06


Bakı -°C

