Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlandı
Milli Məclisin növbəti 3 iclasının tarixi və gündəliyi açıqlanıb.
Bu barədə Adalet.az-a Milli Məclisin Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, 25, 26 və 27 noyabr tarixində keçiriləcək iclaslarının gündəliyinə 12 məsələ təklif olunub.
Gündəliyə daxil olan məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
5. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
11. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
12. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
Nicat Novruzoğlu
Digər Xəbərlər
28 Yanvar 2026 19:02
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
28 Yanvar 2026 18:50
İlham Əliyev Gürcüstanla bu sazişi təsdiqlədi
28 Yanvar 2026 18:24
Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı - FOTOLAR
28 Yanvar 2026 17:27
Səfirin həyat yoldaşına Bakıda vəzifə verildi
28 Yanvar 2026 17:22
Ceyhun Bayramov çinli həmkarı ilə müzakirələr apardı - YENİLƏNİB
28 Yanvar 2026 17:20
Sülh sazişinin yaxın aylarda imzalanacağına ümid edirik - Mirzoyan
28 Yanvar 2026 16:01
Ceyhun Bayramov Çinlə münasibətlərin inkişafı ilə bağlı paylaşım etdi
28 Yanvar 2026 16:01


Bakı -°C

