adalet.az header logo
  • Bakı -°C
15 Oktyabr 2026 20:31
76
DÜNYA
A- A+

Mirziyoyevin Azərbaycana səfəri başa çatdı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb.

Adalet.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

"Prezident Şavkat Mirziyoyev Azərbaycana məhsuldar işgüzar səfərini başa çatdırıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar. Özbəkistan Prezidenti Daşkəndə yola düşüb", - məlumatda bildirilib.