Misir də həmin gəmini ərazisinə buraxmadı
Misir də LGBTQ+ icması turistlərinə xidmət göstərən “Scarlet Lady” kruiz gəmisinin ölkənin ərazi sularına daxil olmasına icazə verməyib.
Adalet.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.
Kruizi təşkil edən “Atlantis Events” şirkəti göyərtəsində təxminən 2000 nəfərədək turist olan laynerin Misir sularına daxil olmaq üçün icazə ala bilmədiyini və bu səbəbdən İsgəndəriyyəyə planlaşdırılan səfərin ləğv edildiyini açıqlayıb.
Təşkilatçılar ötən il oxşar marşrutda səfərin problemsiz təşkil edildiyini və Misir tərəfinin builki qərarının onlar üçün gözlənilməz olduğunu bildiriblər.
Misir hakimiyyəti isə qadağa ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Marşrut dəyişikliyindən sonra “Scarlet Lady” Krit adasına istiqamət alacaq, sonra isə Monteneqronun Kotor limanına yola düşəcək.
Qeyd edək ki, “Athens to Venice” kruizi iyulun 5-də start götürüb. Ötən həftə Türkiyə hakimiyyəti də gəminin ölkə limanlarına yan almasına icazə verməmişdi. Məhz bundan sonra kruiz gəmisi Misir və Yunanıstandakı alternativ istiqamətlərə yönəldilmişdi.
Digər Xəbərlər
07 Avqust 2026 20:28
"Bu müqavilə heç bir ölkəyə qarşı yönəlməyib" - Ərdoğan
07 Avqust 2026 17:41
Casusluqda ittiham olunan iranlı aktrisa evində ölü tapıldı
07 Avqust 2026 16:09
"Hazırda Ermənistanda referendum keçirmək mümkün deyil"
07 Avqust 2026 16:06
Yaxın Şərqdə yeni bir era - Məkkə Sazişi imzalandı
07 Avqust 2026 16:03
Xamenei ölüm yatağındadır – KİV
07 Avqust 2026 14:12
"Avropa bizi Rusiya qazını tədarük etməməyə çağırır" - Türkiyəli nazir
07 Avqust 2026 12:49
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq
07 Avqust 2026 12:40


Bakı -°C

