Misirli futbolçu "Mançester Siti"yə keçir
Almaniyanın "Ayntraxt" komandasının futbolçusu Omar Marmuş İngiltərənin "Mançester Siti" klubuna keçəcək.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, klublar arasında danışıqlar son mərhələdədir.
Frankfurt təmsilçisi misirli hücumçunu qışda buraxmaq istəməsə də, oyunçunun “şəhərlilər”ə keçmək istəməyi buna maneə olub.
“Mançester Siti” futbolçu ilə 5 illik müqavilə bağlayacaq. İddiaya görə, İngiltərə nəhəngi bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, Omar Marmuş bu mövsüm “Ayntraxt” forması ilə 24 matça 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər Xəbərlər
06 Oktyabr 2026 09:29
Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır
06 Oktyabr 2026 09:25
Millətlər Liqası: İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qarşı
06 Oktyabr 2026 08:53
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyəni yenə məğlub oldu
05 Oktyabr 2026 22:18


Bakı -°C

