Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İDDİA
"İranın Ali lideri Müctəba Xamenei ABŞ və İsrailin endirdiyi zərbələrdən sonra müalicə aldığı Tehran xəstəxanasının dağıntıları altından çıxarılıb".
Adalet.az xəbər verir ki, bu barədə Qətərin "Al Araby" telekanalına müsahibəsində İranın Ekspertlər Şurasının üzvü Möhsün Heydəri bildirib.
O, Xameneinin xəstəxanaya yerləşdirilməsi barədə məlumatlardan sonra Tehrandakı üç xəstəxanaya zərbələr endirildiyini bildirib. Müctəba Xamenei üçüncüdə olub və dağıntılar altından xilas edilib.
"New York Post" xəbər verir ki, bundan sonra 56 yaşlı Xamenei naməlum yerə aparılıb və o vaxtdan bəri ictimaiyyət arasında görünməyib.
Nəşr, həmçinin ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, onun əvvəlki hücumlar nəticəsində ağır xəsarətlər aldığına dair məlumatları təqdim edib.
Qeyd edək ki, keçən ay ABŞ Prezidenti Donald Tramp şərhçi Qlenn Bekə müsahibəsində Xameneinin sağ qaldığını, lakin ağır yaralandığını düşündüyünü bildirmişdi.
İran Prezidenti Məsud Pezeşkian isə bu həftə "Fox News"a müsahibəsində fərqli qiymətləndirmə verərək, Xameneinin "tamamilə" sağlam olduğunu bəyan edib./oxu.az
Digər Xəbərlər
17 Oktyabr 2026 12:39
Pakistanda güclü zəlzələ oldu
17 Oktyabr 2026 11:11
Əraqçi İraqa səfərə gedib
17 Oktyabr 2026 10:42
İstanbul boğazında fərqli mənzərə - Dəniz qəhvəyiyə boyandı
17 Oktyabr 2026 09:51
Baydenlə oğlunu korrupsiyada ittiham etdi
17 Oktyabr 2026 09:44
İran Hörmüzün açılması üçün şərtini açıqladı
17 Oktyabr 2026 09:40
BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
17 Oktyabr 2026 09:21
Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib
17 Oktyabr 2026 09:10


Bakı -°C

