"Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hamısı avtomobillə təmin edilib"
2024-cü ildə növbədə olan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hamısı avtomobillə təmin edilib.
Adalet.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə, hazırda avtomobillə bağlı növbədə olan yoxdur: "Gələcəkdə müraciətlər daxil olarsa, onlar qiymətləndirilib təmin ediləcək".
Sədr əlavə edib ki, post-müharibə dövründə 567 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə avtomobil verilib. Ümumilikdə isə bu günədək 7 800 imtiyazlı şəxs avtomobillə təmin olunub.
V.Behbudov həmçinin bildirib ki, post-müharibə dövründə 6 800 şəhid ailəsi və qaziyə mənzil və fərdi evlər verilib. Ümumilikdə isə bu günədək 16 mindən çox şəxs mənzillə təmin edilib.
Onun sözlərinə görə, ötən il 1 311 imtiyazlı şəxs kurort və sanatoriyalara göndərilib. Onların arasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları da olub.
Digər Xəbərlər
14 Fevral 2026 00:55
AzTV-nin yaranmasından 70 İL ÖTÜR
14 Fevral 2026 00:16
“Koroğlu” metrosu istiqamətində hərəkət DAYANDIRILDI
14 Fevral 2026 00:07
Emil Səlim HƏBS EDİLDİ
13 Fevral 2026 19:39
Elşad Quluyev vəzifəsindən azad edildi
13 Fevral 2026 19:28
"AzerGold"la bu institut arasında memorandum imzalandı - FOTO
13 Fevral 2026 19:17
HHQ-də yoxlamalar keçirildi - FOTOLAR
13 Fevral 2026 17:56
ADY sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib
13 Fevral 2026 17:44


Bakı -°C

