15 Oktyabr 2025 13:16
73
GÜNDƏM

Naxçıvan Regional Turizm İdarəsi yaradılıb

Prezident İlham Əliyev "Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 21 sentyabr 2018-ci il tarixli və "Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi, "Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 21 sentyabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilməsi barədə" 8 fevral 2023-cü il tarixli fərmanlarında dəyişiklik edib.

Adalet.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.