Nazim Hikmət küçəsindən Dairəvi yola çıxışda genişləndirmə işləri aparılıb - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.
Adalet.az xəbər verir ki, bu çərçivədə Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri aparılıb.
Genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.
Layihəyə əsasən hər iki istiqamət üzrə yol 2 hərəkət zolağı enində genişləndirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Ardınca asfaltlanma işləri icra olunub, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa edilib.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə agentlik tərəfindən icra olunub.
Digər Xəbərlər
27 Oktyabr 2025 16:07 Güclü külək əsəcək – Sarı xəbərdarlıq
27 Oktyabr 2025 15:33 Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
27 Oktyabr 2025 12:40 Sabahın HAVASI
27 Oktyabr 2025 12:01 Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlandı
27 Oktyabr 2025 11:33 Bu rayonlara qar yağıb - Faktiki hava
27 Oktyabr 2025 10:15 Azərbaycanda adı olmayan yaşayış məntəqəsi - VİDEO
27 Oktyabr 2025 10:00 Soğan anbarlarda qalıb - Fermerlər məhsulun ucuzluğundan gileylənirlər - VİDEO
27 Oktyabr 2025 09:55 

Bakı -°C 






