"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyunda istəkli idik
"Qarabağ"la oyunda istəkli idik.
Adalet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov doğma meydanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XV turunun oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qol şansları yarada bildiklərini söyləyib:
"Amma son nöqtəni qoya bilmirdik. Futbolçuların meydanda rahat olmadıqları sezilirdi. Belə qollar buraxmalı deyilik. İşimiz indi başlayır. "Neftçi"də çıxış edirsənsə, sənə bu cür oyunda qiymət verilir. Hədəflərimiz yüksəkdir. Çətin olacaq. Görüləcək işlərimiz də çoxdur. Görünməyən problemlər həddindən artıq çox idi. Amma hər şey yaxşıya doğru gedir. Futbolçuların oyunu haqqında çox danışmaq istəmirəm. Bugünkü hesab məni üzdü".
Abasov nəticəyə görə məyus olduqlarını vurğulayıb:
"Stadionda atmosfer yaxşı idi. Buna görə azarkeşlərə təşəkkür edirəm. Çempionat qarşılaşmalarında sonadək vuruşacağıq. Kubokda da avrokuboka vəsiqə qazana bilərik".
Digər Xəbərlər
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28
"Qarabağ"ın legionerləri bu ölkələrin milli komandalarına dəvət alıblar
21 Mart 2026 10:39


Bakı -°C

