"Neftçi"nin futbolçusu üç oyunluq cəza aldı
AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyronu üç oyunluq cəzalandırıb.
Adalet.az xəbər verir ki, buna müdafiəçinin Misli Premyer Liqasının III turunda, "Turan Tovuz"la oyunda qırmızı vərəqə alması səbəb olub.
Oyunçu matçın 55-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza ilə üzləşib. "Ağ-qaralar" isə 3000 manat cərimələnib.
Paytaxt təmsilçisi azarkeşlərin meydana kənar əşyalar atmasına görə əlavə 2000 manat ödəyəcək.
Bundan əlavə, "İmişli" klubu da 3000 manat cərimə edilib. Buna komandanın "Sabah"la qarşılaşmaya gec çıxması səbəb olub.
Digər Xəbərlər
13 Oktyabr 2026 23:36
Qurban Qurbanov "Sabah"ın tarixi matçını stadiondan izlədi - VİDEO
13 Oktyabr 2026 22:41
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı
13 Oktyabr 2026 16:26
Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb
13 Oktyabr 2026 09:11


Bakı -°C

