Neokolonializmin təzahürlərinin ifşa olunmasında səylərimizi qətiyyətlə davam etdirəcəyik

Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoyub. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik.
Adalet.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb.
“Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Digər Xəbərlər

Səfir: Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir

Milli Məclisin xüsusi iclas keçirildi - YENİLƏNİB

Deputat: Ağ evdə paraflanmış sülh müqaviləsi bölgəyə artıq sülh gətirib

Azərbaycan və ABŞ-nin NATO-dakı səfirləri regional məsələləri müzakirə edib

Bu, Azərbaycanın diplomatik və strateji uğurudur - Elman Nəsirov

Deputat: "Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir"

Vaşinqton görüşü Azərbaycan diplomasiyanın yeni uğuru idi - Vüqar Bayramov
