Nizami Şirinov azadlığa çıxdı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi general-mayor Nizami Şirinov azadlığa çıxıb.
Adalet.az Musavat.com-a istinadən xəbər verir ki, N.Şirinovun 4 il 6 aylıq cəza müddəti tam başa çatıb. O, oktyabrın 7-də 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.
Qeyd edək ki, N. Şirinov 2021-ci ilin aprelində İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevlə birgə həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib.
Ali Məhkəmənin son qərarı ilə Şirinova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.
Digər Xəbərlər
07 Noyabr 2025 10:44
Bakıda binanın qarajında maşın yandı - 2 nəfər tüstüdən zəhərləndi
06 Noyabr 2025 09:42
"Mərasim olsaydı, etiraf edərdik" - Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı
06 Noyabr 2025 09:21
Yer kürəsində maqnit qasırğası başlayıb
05 Noyabr 2025 18:12


Bakı -°C

