Növbəti tədris ilindən başlayaraq UNEC-də bir neçə yeniliklərə start veriləcək
Növbəti tədris ilindən başlayaraq UNEC-də bir neçə yeniliklərə start veriləcək. Bu məqsədlə yeni keçirilən Elmi Şurada müvafiq qaydalar qəbul edilib.
Yeni tədris ilindən tətbiq olunması nəzərdə tutulan Universitetdaxili İkili Diplom (UDİD) proqramının məqsədi bakalavrlara 4 il ərzində qəbul olduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də əlavə təhsil və diplom almaq imkanı yaratmaqdan ibarətdir. Tələbələr 3-cü semestrdən bu proqrama qoşularaq, məzun olduqda iki ixtisas üzrə iki diplom əldə edə biləcəklər. 700 bal toplayaraq UNEC-ə qəbul olan abituriyentlər proqramda ödənişsiz, 600 və daha yüksək bal toplayan abituriyentlər isə 50% güzəştlə iştirak edəcəklər.
Minor proqramında isə tələbələr öz ixtisas qrupu daxilində 4, ixtisas qrupları arasında isə 5 fənn götürməklə Minor ixtisasını qazanacaqlar. Minor proqramını tamamlayan tələbələrə universitet tərəfindən müvafiq sertifikat və transkript təqdim olunacaq. Əldə olunan sertifikat əmək bazarında məzunlara üstünlük yaradacaq.
Şurada təhsil standartlarında nəzərdə tutulan ixtisaslar üzrə istiqamətlər (Track) barədə də təqdimat olunub. Bildirilib ki, “İxtisas istiqamətləri” tələbələrə əlavə imkanlar yaratmaq məqsədilə hazırlanıb. Tələbələr ixtisas istiqamətlərini seçməklə əlavə sertifikat əldə edə biləcəklər. Bununla da məzunlar əlavə ixtisas biliyi ilə yanaşı, bacarıq, vərdiş və kompetensiyalar əldə etmiş olacaqlar.
Elmi Şurada ““UNEC Professoru” vəzifəsi və onun tutulması haqqında Qaydalar” da müzakirə olunaraq, qəbul edilib.
Digər Xəbərlər
09 Mart 2026 09:20
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək
06 Mart 2026 12:23
Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ - Qəbul prosesi başa çatdı
05 Mart 2026 12:27
Dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb - RƏSMİ
05 Mart 2026 12:26
Bu müəllimlərin imtahanı iki mərhələdən ibarət olacaq?
04 Mart 2026 17:50
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib
04 Mart 2026 12:52
Azərbaycan dili imtahanının nəticələri elan olundu
04 Mart 2026 10:23
Buraxılış imtahanlarında 58 mindən çox şagird iştirak edəcək
04 Mart 2026 10:06


Bakı -°C

