Ögey anasının şah damarını kəsib öldürdü: Dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
Xəbər verdiyimiz kimi, noyabrın 28-i, axşam saatlarında Maştağa qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.
Adalet.az "Baku TV"yə istinadən xəbər verir ki, oğul aralarında yaranmış mübahisə nəticəsində ögey anasını öldürüb.
Qohumlarının verdiyi məlumata görə, qətlə yetirilən qadın oğlanın bioloji anası olmasa da, ona uşaqlıqdan analıq edib və öz övladı kimi böyüdüb.
"Rəhmətə gedən qadın uşaqlıqdan ona analıq etmişdi, öz övladı kimi böyütmüşdü. Oğlanın əmisi onu himayəsinə götürmüşdü. Təəssüf ki, oğlanın pis vərdişləri var idi. Gəlin bir neçə gün idi ki, bizdə qalırdı, çünki oğlanın onu öldürəcəyindən qorxurdu. Axşam yoldaşı ilə evə qayıdanda əri əlini yumaq üçün hamama keçmişdi. Bu vaxt oğlan qəfildən əlində bıçaqla girərək, qadının şah damarına xəsarət yetirib. Qadın hadisə yerində keçinib" , - mərhumun qohumu bildirib.
Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalar zamanı 1997-ci il təvəllüdlü Qasım Məmmədovun mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.
Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qasım Məmmədov şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir.
Digər Xəbərlər
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45


Bakı -°C

